Məqsəd və vəzifələrimiz
- Xalqımıza xidmət etmək.
- İşsizliyin qarşısının alınmasında şirkət olaraq öhdəçilik götürmək.
- Gənc savadlı və bacarıqlı kadrları ətrafımızda toplayaraq "Rofruit" şirkətini böyütmək və dünyada Azərbaycan brendi olaraq tanıtmaq.
Şirkətimiz haqqında
Fəaliyyətimizə paytaxtımız Bakı şəhərində yerləşən topdan satış bazarlarında tərəvəz ticarəti ilə başlamışıq. Daha sonra vətənimizin dilbər guşələrində münbit torpaqlar icarələyərək əkinçilik və bağçılığı da inkişaf etdirməyə müvəffəq olmuşuq. Paralel olaraq 15 ölkədə yerləşən müxtəlif şirkətlərlə ticarət müqaviləsi imzalayaraq biznesimizi genişləndirmiş, "Aztrade Company" və "İnvac Azərbaycan" kimi brendləri yaradaraq xalqımıza hər zaman yüksək keyfiyyət və xidmət təqdim etməyə çalışmışıq.
Yeni təsis etdiyimiz "Rofruit" şirkəti müştərilərimizin sağlamlığını düşünərək "SAĞLAM YAŞAM" sloqanı adı altında 2 əsas məqama diqqət edir:
- Şirkətin təlimatlarına uyğun olaraq, məhsulların paketlənməsində plastik qutu və sellofan torbalardan istifadə etməmək.
- Pandemiya dönəmində marketlərdə növbə sıxlığının və zaman itkisinin qarşısının alınması məqsədi ilə onlayn sifariş sistemini yaratmaq.